Xəbər lenti

Noyabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 189 min 567,65 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 897,82 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

AZƏRTAC pambıq tədarükünə dair noyabrın 25-nə olan operativ məlumatı təqdim edir.




Ana səhifəyə qayıt        Baxış: 971          Tarix: 25-11-2017, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma