Xəbər lenti

                                         

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq. Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar gələn ilin 1 yanvarından qüvvəyə minəcək.//Report




Ana səhifəyə qayıt        Baxış: 860          Tarix: 9-12-2017, 00:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma