Xəbər lenti

azeriqaz-1.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2017-cı il ərzində 2016-ci illə müqayisədə İstehsalat Birliyinin qaz təchizatı şəbəkəsində qazın itkisi azalıb.

“Report” xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində bildirib.

Birliyin baş direktorunun sözlərinə görə, qaz itkilərinin qarşısının alınması üçün bundan sonra da lazımi tədbirlərin görülməsi davam etdiriləcək.

O qeyd edib ki, birlik tərəfindən, ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlığın yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilib. 

“Ölkə ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə 2017-ci ilin yanvar-dekabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib”,– “Azəriqaz”ın baş direktoru bildirib.

O, həmçinin əlavə edib ki, ölkə ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 23-01-2018, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma