Xəbər lenti

 

2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 1 milyard 727 milyon 332 min dollar təşkil edib. 

Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac 1 milyard 38 milyon 707 min dollar, idxal 688 milyon 625 min dollar təşkil edib. Nəticədə 350 milyon 81 min dollarlıq müsbət saldo yaranıb (İxrac idxalı üstələyib).

 

2017-ci ilin Yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi – 1 milyard 559 milyon ABŞ dolları təşkil etmişdi.

 

Pis tendensiya idxalın artması, ixracın isə azalmasıdır. Belə ki, 2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında idxal 53% artıb, ixrac isə 6,3% azalıb.

 

Ötən ilin Yanvar ayında idxal əməliyyatları üzrə 450 milyon 36 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 109 milyon ABŞ dolları əməliyyat qeydə alınmışdı.

 

2016-cı ilin Yanvarında saldo müsbət 658 milyon 724 min dollar təşkil etmişdi.

 

2017-ci ilin Dekabr ayında Azərbaycanın ixracı 1 milyard 66 milyon 236 min dollar, idxalı isə 991 milyon 211 min dollar təşkil etmişdi.

 

Yanvarda ticarət dövriyyəsinin 60.13%-i ixracın, 39.87%-i idxalın payına düşüb.




Ana səhifəyə qayıt        Baxış: 1 241          Tarix: 18-02-2018, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma