Xəbər lenti

 

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin yanvar ayı üçün reytinqi açıqlanıb.

 

"APA-Economics"ə verilən məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayında qeyd olunub ki, bu ilin yanvarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “"Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, "Baku Steel Company" MMC, "Azagroeksport 2017" MMC, "Food export Şəmkir" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC və “İlham-M” MMC təmsil olunub.

 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC,  "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC,  "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC-dir.




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 7-03-2018, 07:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma