Xəbər lenti

Kredit təşkilatlarının borcalanları barədə mərkəzləşdirilmiş kredit reyestrində olan bütün məlumatlar "Kredit büroları haqqında” qanunun qüvvəyə mindiyi gündən üç il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək.

Bu, "Kredit büroları haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.

Layihəyə əsasən, qanunun qüvvəyə minməsindən üç il keçəndən sonra kredit bürolarına mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılacaq. Bundan başqa, məlumat istifadəçilərinə də 2018-ci il aprelin 1-dən mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılır.

Bundan başqa, layihəyə əsasən kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.

APA

 




Ana səhifəyə qayıt        Baxış: 727          Tarix: 27-03-2018, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma