Xəbər lenti

 

Bu ilin yanvar-mart aylarında xarici ticarət əməliyyatları üzrə dövlət büdcəsinə 727 milyon manat köçürülüb. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 27,3 faiz çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Mart ayında gömrük orqanlarının əməkdaşları toplanmış gömrük rüsumları və vergilərin həcminə görə yeni rekord vurub - 281,2 milyon manat. Bundan əvvəl ən yüksək yığım həcmi 2017-ci ilin avqustunda 280.1 milyon manat səviyyəsində qeydə alınıb.




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 9-04-2018, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma