Xəbər lenti

“Ölkə prezidentinin tapşırığı ilə Azərbaycanın Vergi Məcəlləsinin və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri aparılıb”.

Bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir: “Orta və iri müəssisələrdə daxili hesabatlılığın və şəffaflıq səviyyəsinin artırılması, onların vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qarşıya məqsəd kimi qoyulub. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 17-04-2018, 16:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent