Xəbər lenti

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev son zamanlarda təmsil etdiyi qurumda kadr islahatlarına münasibət bildirib.

“APA-Economics”in məlumatına görə, nazir müavini bildirib ki, səlahiyyət və vəzifələrini yerinə yetirən kadrlarla bağlı heç bir dəyişiklik olmayacaq.

Nazir müavini “Aqrolizinq” ASC-nin rəhbərinin dəyişdirilməsi məsələsinə də tozunub: “Aqrolizinq” ASC-də deməli hansısa nöqsanlar, çatışmazlıq var idi. Ora yeni nəfəs gətirmək üçün daha cavan kadr gətirildi. Əsas məqsəd ümimi işə yenilik gətirmək və nöqsanları aradan qaldırmaq olub”.

 




Ana səhifəyə qayıt        Baxış: 539          Tarix: 7-05-2018, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma