Xəbər lenti

2018-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olub və onların 28,8%-ni qadınlar təşkil edib.

APA-nın xəbərinə görə, dövlət qulluqçularının 4,5%-i inzibati vəzifələrin ali-3-cü təsnifatları, 76%-i 4-7-ci təsnifatları üzrə və 19,5%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 6,9%-i 1 ilə qədər, 26,1%-i 1 ildən 5 ilə qədər, 22,2%-i 5 ildən 10 ilə qədər, 17,3%-i 10 ildən 15 ilə qədər, 27,5%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5%, 30-34 yaşda 15,7%, 35-44 yaşda 23,0%, 45-54 yaşda 21,9%, 55-62 yaşda 18,3%, 63-64 yaşda 2,3%, 65 və yuxarı yaşda 1,3%.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-ni yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7%-ni şöbə müdirləri, 11,3%-ni şöbə müdirinin müavinləri, 8,2%-ni sektor müdirləri, 25,9%-ni baş məsləhətçilər, 5,3%-ni böyük məsləhətçilər, 13%-ni aparıcı məsləhətçilər və 20,5%-ni məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1% komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil edib

 




Ana səhifəyə qayıt        Baxış: 468          Tarix: 22-05-2018, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma