Xəbər lenti

OPEC iyunda neft hasilatını artıra bilər.

Trend-in məlumatına görə, bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq.

Qeyd edək ki, 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb.

 

Sözügedən məsələ bu həftə Sankt-Peterbuqrda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ nazirləri arasında müzakirə mövzusu olacaq.

OPEC-in iclası isə iyunun 22-də Vyanada keçiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 23-05-2018, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma