Xəbər lenti

Cari ilin ilk 5 ayında paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 34,7 manat daha çox vəsait xərclənib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz artaraq 3324,9 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 4311,3 milyon manat olub.

Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 43,5 faiz təşkil edib.

 




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 9-07-2018, 12:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma