Xəbər lenti

Bakı və Sumqayıt şəhərlərində yerləşən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, hər həftənin şənbə və bazar günlərində, satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarətin gücləndiriməsi məqsədilə laborator nümunələr götürülür. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarətdə saxlanılır. Onların keyfiyyətində çatışmazlıq aşkarlanarsa, satışı dayandırılacaq.

Paytaxtda fəaliyyət göstərən yarmarkalarda ət və ət məhsulları, həmçinin süd və süd məhsullarından nümunələr götürülərək, sınaqların aparılması üçün Qida Təhlükəsizliyi Agentliyinin institutunun laboratoriyalarına təqdim ediləcək və sınaq nəticələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş tədbirlər həyata keçiriləcək. Bu tədbirlər AQTA tərəfindən mütəmadi olaraq davam etdiriləcək və iyulun 16-dan etibarən bazarlarda AQTA tərəfindən yoxlamalara başlanılacaq.

Xatırladaq ki, agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laborotoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39 Qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 9-07-2018, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma