Xəbər lenti

ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir.

Bunu “RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun  nümayəndəsi Vinsent Kampos deyib. Onun sözlərinə görə, ABŞ “Şimal axını-2” layihəsinə qarşı çıxış edir: “Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və stabilliyi pozacaq, xüsusilə bu Ukraynaya ciddi təsir edəcək”.

“Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və tədarükçü ölkələr üzrə yanacaq tədarükünün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək  “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, – deyə Vinsent Kampos qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 13-07-2018, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma