Xəbər lenti

  

Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il tarixli əmrinə əsasən, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olunub. Bu barədə “Report”a Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib.

Məlumata görə, müsabiqənin ümumi yekunları üzrə 132 nəfər namizəd uğur qazanıb. Hər bir namizədin müsabiqənin yekunları üzrə qiymətləri 2 iş günü ərzində onun şəxsi elektron ünvanına göndəriləcək.

Ətraflı məlumat əldə etmək üçün namizədlər 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.




Ana səhifəyə qayıt        Baxış: 290          Tarix: 27-07-2018, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma