Xəbər lenti

“Bakı Xanları evi” bərpa ediləcək.

“Report” xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satınalınması üçün təkliflər sorğusu elan edib.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12.00-dək qəbul olunur.

Qeyd edək ki, XVII-XVIII əsrlərə aid “Bakı Xanları evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.

 




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 31-08-2018, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma