Xəbər lenti

 

İpoteka krediti alan şəxslər həyat sığortasını illik yox, ilk olaraq 3 aya düşən hissəsini ödəsinlər.

Belə bir təkliflə Azərbaycan Sığortaçılar Assosiasiyası çıxış edib. Qurumun rəhbəri Mustafa Abbasbəyli bildirib ki, bu təklifin verilməsində əsas məqsəd daha çox insanın bu sığorta növündən istifadəsinə imkan yaratmaqdır.

Deməli, ipoteka krediti ilə 100 min manatlıq mənzil alan şəxs həmin məbləğin 0.2 faizi həcmində yəni 200 manat həyat sığortası ödəməlidir. Bu sığortanın icbari olmasının əsas səbəbi budur ki, əgər ipoteka kreditini götürən şəxs ölərsə krediti həyat sığortasını edən şirkət ödəyəcək. Bununla da ipoteka krediti verən maliyyə qurumu öz kreditini sığortalamış olur. İndi 100 min manatlıq ev üçün 200 manat deyil, 48 manat ödənməsi təklif olunur.

Mustafa Abbasbəyli bildirir ki, yeni təklif artıq aidiyyatı qurumlara göndərilib.

Onu da qeyd edək ki, ipoteka kreditləri ilə yanaşı digər kreditlərdə də həyat sığortasının tətbiqinin icbari olması təklif olunur. Buna səbəb kreditlərin qaytarılması zamanı yaranan problemlərdən sığortalanmaqdır. \\Xezerxeber.az


 




Ana səhifəyə qayıt        Baxış: 258          Tarix: 19-09-2018, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma