Xəbər lenti

 

Azərbaycanda yeni və konseptual vergi məcəlləsinin yaradılması təklif olunur. Belə bir təklif Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səsləndirilib.İclasdahəmçinin valyutadəyişmə məntəqələrinin açılmamasından da danışılıb və bu halın xüsusən turistlər üçün problem yaratdığı qeyd edilib.

Azərbaycanda vahid və ən azı 2 il ərzində əsaslı dəyişiklik edilməyəcək Vergi Məcəlləsi qəbul olunsun. Belə bir təkliflə Millət vəkili, parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin bu gün keçirilən iclasında çıxış edib. Onun sözlərinə görə, vergi məcəlləsində tez-tez dəyişiklik edilməsi xarici investorları ölkəmizə investisiya yatırmaqdan çəkindirə bilər.

İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də bu təklifin əsaslı olduğunu deyib.

Ziyad Səmədzadə onu da bildirib ki, 2019-cu il üçün Azərbaycanın dövlət büdcə layihəsi hökumətə təqdim olunub.

İclasda çıxış edən millət vəkili Rüfət Quliyev isə qanunveriliklə icazə verildiyi halda valyutadəyişmə məntəqələrinin açılmadığını və buna görə əsasən də turistlərin əziyyət çəkdiklərini bildirib. O, belə məntəqələrin açılmama səbəblərinin araşdırılmasını vacib sayıb.

Komitənin bu gün keçirilən iclasında ümumilikdə 18 məsələyə baxılıb.




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 24-09-2018, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma