Xəbər lenti

Azərbaycanın energetika naziri Pərviz Şahbazov  OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Əlcəzairin energetika naziri Mustafa Qituni və “Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla görüşüb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, Əlcəzairin energetika naziri ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

M. Qituni Azərbaycan şirkətlərinin Əlcəzairin enerji sektorunda iştirakına maraqlarını ifadə edib. Pərviz Şahbazov isə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun yekunlaşmaq üzrə olduğunu bildirib və Əlcəzairin energetika nazirini Azərbaycana səfərə dəvət edib. Qeyd edilib ki, müvafiq sənədin imzalanması enerji sektorunda çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmağa töhfə verəcək.

Əlcəzairin milli enerji şirkəti “Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla isə “Sonatrach” və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşdə “SOCAR Trading” ilə “Sonatrach” şirkəti arasında neft məhsulları sahəsində, eləcə də “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə əməkdaşlıq əlaqələrindən bəhs edilib. Nazir Azərbaycanın həyata keçirdiyi enerji layihələri və yaratdığı infrastrukturla qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolundan danışıb.

“Sonatrach” şirkəti ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə diqqətə çatdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 25-09-2018, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma