Xəbər lenti

Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu il dövlət büdcəsinə 69 mln. 148 min manat daxil olacağı proqnozlaşdırılır.

“Report” bu barədə dövlət büdcə zərfinə istinadən xəbər verir.

2018-ci ilin dövlət büdcəsində bu istiqamətdə daxilolmların 68 mln. 529 min manat olması gözlənilir. Bu istiqamətdə daxilolmaların 2020-ci ildə 67 mln. 594 min manat, 2021-ci ildə 65 mln. 348 min manat və 2022-ci ildə 62 mln. 631 min manat olacağı ehtimal olunur.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 917 mln. 500 min manat, xərcləri 24 mlrd. 780 mln. 100 min manat, büdcə kəsiri 1 mlrd. 862 mln. 600 min manat proqnozlaşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 24-10-2018, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma