Xəbər lenti

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub. M.Çavuşoğlu Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzaladıqlarını deyib. Xatırladaq ki, M.Çavuşoğlu Türkmənistanda ikigünlük səfərdədir.

 




Ana səhifəyə qayıt        Baxış: 626          Tarix: 9-11-2018, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma