Xəbər lenti

“Beynəlxalq Energetika Agentliyi yeni hesabatını yayıb. Təşkilatın məlumatlarından aydın olur ki, Venesuelanın faktiki olaraq bazardan çıxmasına, İranın payının xeyli məhdudlaşdırılmasına baxmayaraq, bazarda təklif azalmayıb. Səbəb əsasən ABŞ-dır. 2018-ci ildə bu ölkənin gündəlik hasialatı 2.1 mln. barel artıb. OPEC-Rusiya birliyi də hasilatı 400 min barelə qədər artırıb”.

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev neft bazarında hazırki durumu dəyərləndirərəkən deyib.
Ekspert Agentliyi proqnozuna əsaslanaraq bildirib ki,  2019-cu ildə ABŞ gündəlik hasilatı əlavə olaraq 1.4 mln. barelə də artıracaq: “Təklifin həcminin isə əvvəlcədən proqnozlaşdırılandan daha zəif templə artacağı gözlənilir. ABŞ-da sist nefti yenidən öz keyfli günlərini yaşayır”.
R.Ağayev vurğulayıb ki, Beynəlxalq Energetika Agentliyinin bu hesabatı göstərir ki, dünyada neft hasilatı imkanlarının tükənməsi ilə bağlı rəylər rus mənşəli şaiyələrdən savayı bir şey deyil:
“Neftin qiyməti məsələsində ABŞ və OPEC-Rusiya ittifaqı arasında nifaq xeyli açıq müstəviyə keçib. ABŞ deyən olsa, iqtisadiyyatı resurslardan asılı ölkələrin yaxın dövrdə yenidən “qara günləri” başlayacaq”.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 15-11-2018, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma