Xəbər lenti

“Neftin qiyməti, təxminən, 100 dollar/barel olmalıdır. Bu, Venesuelanın tələb etdiyi ədalətli qiymətdir”.

Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

O bildirib ki, karbohidrogenlərin aşağı qiymətə satılması Venesuela iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.

N.Maduro dünya bazarında neftin qiymətinin qaldırılması üçün mübarizə apardığını xatırladıb. Prezidentin sözlərinə görə, onun bu istiqamətdəki fəaliyyəti OPEC-in xeyrinədir və onları qoruyur.

Qeyd edək ki, son vaxtlar Venesuelada neft hasilatının həcmi son 30 ildə ən aşağı səviyyəyə düşüb/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 460          Tarix: 22-11-2018, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma