Xəbər lenti

Gələn ilin I rübündə dünya bazarında neftin 1 barelinin qiyməti 75 ABŞ dollarına qədər bahalaşacaq, il üzrə orta qiymət isə 72 dollar təşkil edəcək.

“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın “Barclays” bankının analitikləri çıxış edib.

Bank biliciləri həmçinin bildirib ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəniz daşımalarından istifadə olunan yanacağın tərkibində kükürdün miqdarının 0,5%-dən çox olmaması barədə qərarının 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar 2019-cu ildə neft bazarında qiymətlər çox dəyişkən olacaq.

Bundan başqa, “Barclays” mütəxəssislərinin fikrincə, gələn il dünya bazarında təbii qazın təklifi tələbi əhəmiyyətli dərəcədə üstələyəcək və bu qiymətlərə təzyiq göstərəcək.

Analitiklər digər xammal növlərinin qiymətləri barədə gözləntilərini də açıqlayıblar. Məsələn, onların fikrincə, 2019-cu ilin I yarısında əmtəə birjalarında misin 1 tonunun qiyməti 6 550 dollara çatacaq, il üzrə orta qiymət isə 6 263 dollar olacaq. Bununla belə, yeni ticarət müharibələrinin başlaması ilə bağlı narahatlıqlar fonunda qiymətin 5 500 dollardan aşağı düşəcəyi istisna deyil.

 




Ana səhifəyə qayıt        Baxış: 312          Tarix: 13-12-2018, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma