Xəbər lenti

 

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan ümumi dəyəri 9,979 milyard dollar olan məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz çoxdur.

Trend bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında belə deyilir.

Dövlət sektorunun ixracdakı payı 6,218 milyard dollar, özəl sektorda 3,728 milyard dollar olub.

Hesabat dövründə Azərbaycandan ən çox neft və neft məhsulları, təbii qaz, elektrik enerjisi, meyvə və tərəvəz ixrac edilib.

Hesabat dövründə idxal 7,015 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çoxdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,812 milyard dollar, özəl sektorda isə bu rəqəm 3,799 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox idxal etdiyi müxtəlif maşın və mexanizmlər, nəqliyyat vasitələri və ehtiyat hissələri, qara metallar, plastik və əczaçılıq məhsulları olub.

Hesabat dövründə Azərbaycan 2397 növ mal ixrac edib, 6 862 növ mal idxal olunub. 177 ölkə Azərbaycanın xarici ticarət tərəfdaşı olub. Hesabat dövründə ümumilikdə 21 177 hüquqi və fiziki şəxs (6491 - hüquqi və 14 686 - fiziki şəxs) xarici iqtisadi fəaliyyətdə iştirak edib.




Ana səhifəyə qayıt        Baxış: 350          Tarix: 28-07-2019, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma