Xəbər lenti

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Virtualaz.org-un məlumatına görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara görə, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.




Ana səhifəyə qayıt        Baxış: 342          Tarix: 28-07-2019, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma