Xəbər lenti

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişiklikləri aparılıb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 452          Tarix: 9-08-2019, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma