Xəbər lenti

 

Avqustun 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 10:30-dan 12:00-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si

50101776S

Hərraca çıxarılan həcm

200 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

 28 gün

Ödəmə tarixi

18.09.2019


Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 185          Tarix: 20-08-2019, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma