Xəbər lenti

 

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisə olan “Azərtütün ASK” MMC tərəfindən 2019-cu ilin mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 ha sahədə “virciniya botaniki” növündən olan yaşıl tütünün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) müqavilələr bağlanıb.

Bu barədə “Report”a “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən bildirilib.

Məlumata görə, müqavilə şərlətinə görə tədarük edilən 1 kq yaşıl tütün məhsulu üzrə 1-ci sort tütün - 0,25 manat/kg, 2-ci sort – 0,17 manat və 3-cü sort – 0,10 manat nəzərdə tutulub. Bununla yanaşı fermerlərin dəstəklənməsi üçün “Azərtütün ASK” MMC tütün istehsalçıları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bütün istiqamətlər üzrə mümkün olan dəstək tədbirləri təmin edilir. Belə ki, fermerlərin toxum və gübrə tələbatı təmin edilib, “ASK” ASC-nin zəmanəti ilə hər hektar üçün 1700 manat olmaqla 181 fermerə kredit xətləri açılıb, aqrotexniki tədbirlərin görülməsinə Cəmiyyətin mövcud texniki resursları cəlb edilib, mütəxəssislər tərəfindən tütünün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə təlimlər keçirilib, yerindəcə lazımi metodiki məsləhətlər verilib, həmçinin tütünün müasir tələblərə uyğun becərilməsinə dair təlimatlar hazırlanaraq onlara təqdim edilib.

Keçirilən görüşlər zamanı məhsul istehsalı ilə əlaqədar fermerlərə verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılması, xüsusi ilə də yaşıl tütünün alış qiymətinin artırılması xahiş olunub.

Qeyd olunanları nəzərə alaraq, 2019-cu ilin istehsal mövsümündə keyfiyyətli tütün tədarükünün stimullaşdırılması və tütün əkinlərinə marağın artırılması məqsədi ilə “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaşıl tütünün tədarük qiymətlərinin müvafiq olaraq 1-ci sort – 1kq – 0,27 manat; 2-ci sort - 1kq - 0,18 manat həddində müəyyən edilməsi məqsədə uyğun hesab edilib. Yaşıl tütünün alış qiymətlərinin artırılmasına Kənd Təsərrüfatı Nazirliyitərəfindən müsbət rəy bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 42          Tarix: 21-08-2019, 17:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent