Xəbər lenti

 

Bakıda "kölgə iqtisadiyyatı"na qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə konfransın təşkilat komitəsinin üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Konfransın sentyabrın 13-də Bakıda keçiriləcəyi gözlənilir.

"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə üzrə elmi-praktik konfransı Azərbaycan Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə iqtisadi inkişafın mühüm amilləri müzakirə ediləcək.

V.Novruzovun sözlərinə görə, konfransda 10-a yaxın ölkənin nümayəndələrinin - "kölgə iqtisadiyyatı" üzrə görkəmli alimlərin, vergi, audit, hesabatlılıq və mühasibatlıq üzrə mütəxəssislərin, beynəlxalq peşəkar qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru və elmi tədqiqat institutlarını təmsil edən 60-dan çox qurumdan 150-dək nümayəndənin iştirakı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 417          Tarix: 6-09-2019, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma