Xəbər lenti

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 723 mln. ABŞ dolları məbləğində qiymətləndirilib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə daxilolmalar 495,3 mln. dollar, ödənişlər isə 227,7 mln. dollar təşkil edib.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89,5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,4%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3,1%-i isə digər daxilolmalar təşkil edib.

Hesabat dövründə ölkəyə göndərilən pul baratlarının həcmi 16% azalaraq 443,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 13,1% artaraq 192,5 mln. dollar olub. Nəticədə pul baratları üzrə 250,7 mln. dollarlıq müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 267,6 mln. dollar təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 288          Tarix: 16-09-2019, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma