Xəbər lenti

 

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bölgə təcrübə stansiyalarında və dayaq məntəqələrində yüksək reproduksiyalı toxum istehsalı həyata keçirilir. İnstitutun Şəmkir Dayaq Məntəqəsində artıq bir neçə gündür ki,  toxumluq kartofun yığımına başlanıb. 

Modern.az xəbər verir ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və Şəmkir Dayaq Məntəqəsinin rəhbəri İsaq Həsənovun iştirakı ilə aparılan tədarük zamanı elit reproduksiyalı “Telman” sortunun dəmyə ərazilərdə daha yüksək nəticə göstərdiyi məlum olub. Yığım zamanı superelit və elit reproduksiyalı toxum texnoloji yolla çıxarılaraq çeşidlənir, saxlama qaydalarına uyğun olaraq anbara yığılır. İsaq Həsənov bildirib ki, əldə olunan toxumlar bölgü əsasında respublikada kartofçuluqla məşğul olan fermer təsərrüfatlarına veriləcək. Məntəqədə “Əmiri” sortunun da toxumçuluğu təşkil edilib. 

Qeyd edək ki, “Telman” sortu 2008-ci ildə rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib,  dəmyə şəraiti üçün əlverişlidir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür. Respublikanın Qərb və Şirvan bölgəsinin dağlıq ərazilərində geniş yayılıb. Dəmyə şəraitində hektardan məhsuldarlığı 15 tondur, suvarma şəraitində məhsuldarlığı iki dəfə artır.

Sortun müəllifi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşı, mərhum Zeynəddin Əmirovdur.  




Ana səhifəyə qayıt        Baxış: 32          Tarix: 23-09-2019, 10:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent