Xəbər lenti

 

Qlobal mayeləşdirilmiş təbii qaz bazarı aşağı qiymətlər səbəbindən yaxın gələcəkdə sürətlə böyüməyə davam edəcək və 10 ildən sonra 700 milyon ton həcminə çatacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Novatek" qaz şirkətinin rəhbəri Leonid Mixelson Tokioda açılan LNG istehsalçıları və istehlakçılarının beynəlxalq konfransında bildirib.

"Tez-tez təkrarlayırıq ki, LNG istehlakı üzrə analitiklərin hazırkı proqnozları aşağı hədlə göstərilib, onlar da bunu təsdiqləyirlər. Üç il əvvəl bazarın 2030-cu il üçün proqnozlaşdırılan həcmi 470 milyon ton həcmində hesablanırdı. İndi bu göstəricinin 2025-ci ilə əldə olunacağı gözlənilir, 2030-cu ilə üçün proqnoz isə 550 milyon tondur. Hesablamalarımıza görə, 10 ildən sonra LNG bazarı 700 milyon tona həcminə qədər artacaq", - o deyib.

L.Mixelsenin sözlərinə görə, bu tendensiya səbəbindən qlobal şirkətlər LNG sahəsində aktivlərini artırır. 

"Qazın ekoloji üstünlüyü artımda mühüm rola malikdir. Buna Rusiyada, Yaponiyada və bütün dünyada çox diqqət yetirilir", - şirkət rəhbəri söyləyib.

Qeyd edək ki, 2018-ci ilin yekunlarına əsasən, müxtəlif mənbələrə görə, LNG bazarı, təxminən, 315 milyon ton olaraq qiymətləndirilirdi.




Ana səhifəyə qayıt        Baxış: 216          Tarix: 26-09-2019, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma