Xəbər lenti

 

"Bu ilin səkkiz ayında ixrac təşviqi ilə bağlı sahibkarlardan 784 müraciət daxil olub. Həmin müraciətlərdən 764 müsbət cavablandırılıb".

“Report” xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, bu ilin səkkiz ayında qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarlara 7,110 mln manatdan çox ixrac təşviqi ödənilib:"Bu il 118 mln ABŞ dolları həcmində məhsullarının ixracı həyata keçirilib".

O xatırladıb ki, ümumilikdə bu günədək 15 mln manat məbləğində ixrac təşviqi ödənilib.

"Bu ilin 8 ayında xarici ölkələrlə ümumi ticarət dövriyyəsi 22,9 mlrd ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,15 mln ABŞ dolları, yəni 15,95 faiz həcmində artım müşahidə edilib", - Y. Abdullayev bildirib.

Onun sözlərinə görə, bu ilin səkkiz ayında neft-qaz ixracı 12,29 mlrd ABŞ dolları təşkil edib: "Qeyri neft ixracı 1,28 mlrd ABŞ dolları təşkil edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. Məhz kənd təsərrüfatı məhsullarının ixracı 470 mln dollar təşkil edib. Sənaye ixracı 685,4 mln ABŞ dolları təşkil edib".




Ana səhifəyə qayıt        Baxış: 379          Tarix: 26-09-2019, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma