Xəbər lenti

 

Bu ilin avqust ayının 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 4 161,7 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14,9% çoxdur.

"APA-Economics"in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, balans kapitalı avqust ayı ərzində 0,7% (30,6 mln. manat) artaraq 4 613,6 mln. manat təşkil edib.

Avqust ayında məcmu kapitalın adekvatlıq əmsalı 22,7% (minimum normativi 2,3 dəfə üstələyir) təşkil edib. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi (30%) 1,9 dəfə üstələyir (56,9%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2,3% və 16,9% təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 190          Tarix: 30-09-2019, 17:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma