Xəbər lenti

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarının əmək haqları ortalama 20% artırılıb.

Bu barədə qərar ADNSU-nun Elmi Şurasının 16 oktyabr 2019-cu il tarixində keçrilmiş iclasında qəbul olunub.

Əmək haqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 16-10-2019, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma