Xəbər lenti

 

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 12,1% artaraq 28 276,89 mln. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 16 821,56 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 11 455,33 mln. dollar olub. Nəticədə 5 366,23 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin ilk doqquz ayında ixrac 5,3%, idxal 23,8% artıb, müsbət saldo isə 20,1% azalıb.




Ana səhifəyə qayıt        Baxış: 374          Tarix: 15-11-2019, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma