Xəbər lenti

“Azərbaycan İranla son 4 ildəki əməkdaşlığını davam etdirmək üçün yeni layihələrdə ortaq olmaq niyyətindədir”. 

“Report” xəbər verir ki, bunu İran prezidentinin baş qərargah rəisi Mahmud Vaezi ilə telefon danışığında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

M.Vaezi isə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni əsaslara ehtiyac olduğunu bildirib. Telefon danışığı zamanı həmçinin İranla Azərbaycan arasında əldə edilmiş ikitərəfli razılaşmaların tezliklə yerinə yetirilməsinin vacibliyi vurğulanıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 6-09-2017, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma