Xəbər lenti

"Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər gedir və bu işlər bir ay ərzində bitməlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, bu işlərin qurtarması üçün Prezident İlham Əliyevin sərəncamı ilə "Azərsu" ASC-yə 12 milyon manat vəsait ayrılıb: "9 proyekt konkret analiz olunub, aidiyyatı qurumlarla razılaşdırılıb".

"İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda yağış-qar məsələsində əzab-əziyyət çəkməsin", - baş nazirin müavini əlavə edib.

 




Ana səhifəyə qayıt        Baxış: 872          Tarix: 19-09-2017, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma