Xəbər lenti

 

Azərbaycanda kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikilir.

Ovqat.com bildirir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, İsrail təcrübəsinə uyğun müasir kompleks Elmi Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində fəaliyyət göstərəcək.

Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası və xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnotsitka laboratoriyasından ibarət olacaq. Hazırda kompleksin laboratoriya və inzibati otaqlarının yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir.

Bundan başqa, birbaşa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanılıb. İstixanlarla bərabər, 30 ha açıq sahədə müasir damcı ilə suvarma sistemləri quraşdırılacaq.

Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.

Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təmini üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi bizə yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiyanın bazarlarında "Made in Azerbaijan" brendi kimi satışa çıxarmağa imkan verəcək.




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 19-09-2017, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma