Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Ovqat.com DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 36 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.



Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 22-09-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma