Xəbər lenti

 

Bakının Sabunçu rayonunda mənzildən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Oktyabrın 6-da Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti Mərkəzi”nə zəng edib və yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini deyib.

Məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.

Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.

İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyənləşib.

Faktla bağlı toplanmış materiallar rayon prokurorluğuna göndərilib.\\Teleqraf.com




Ana səhifəyə qayıt                 Tarix: 7-10-2017, 22:29       Baxış: 67


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə