Xəbər lenti

 Şəkidə polis əməkdaşı intihar edib.

 Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd atası olan Həsrət Əliyevin intihar etməsi məlum olub.

 Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

 Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 023          Tarix: 10-10-2017, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma