Xəbər lenti

 Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswage"nin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 13-10-2017, 08:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma