Xəbər lenti

 Mən həyatım boyu heç bir cinayətə yol verməmişəm.

Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına müsahibəsində azərbaycanlı iş adamı Telman İsmayılov söyləyib.

“Bu gün mənim nəvələrimə deyirlər ki, babanız cinayət törədib. Bu kimin xoşuna gələr? Mən həyatım boyu heç bir cinayətə yol verməmişəm. Öz təqsirsizliyimdə israr edirəm və bunu sübut edə bilərəm”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Telman İsmayılov Moskva məhkəməsi tərəfindən qiyabi həbsə məhkum edilib. O, iki nəfərin qətlində təqsirləndirilib. İş adamı beynəlxalq axtarışa verilib.

İsmayılovun bir müddət öncə Türkiyədən Fransaya qaçdığı iddia edilib.




Ana səhifəyə qayıt        Baxış: 776          Tarix: 20-11-2017, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma