Xəbər lenti

Qəbələ rayonunda qadın yaşadığı evdə bıçaqlanı

Hadisə Qəbələ şəhərinin İ.Qutqaşınlı küçəsindəki 17 saylı mənzildə qeydə alınıb.

Rayon sakini, 1951-ci il təvəllüdlü Xasməmmədova Elmira Abdurrəhman qızı yaxın qohumu tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiya şöbəsində olan 66 yaşlı E.Xasməmmədovanın vəziyyəti ağır olaraq qalır.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.//APA




Ana səhifəyə qayıt        Baxış: 1 019          Tarix: 20-11-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma