Xəbər lenti

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq-mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

DXS-nın Mətbuat Mərkəzindən Strateq.az-a verilən məlumata görə, 2018-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub:

"Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb. Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub".

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 718          Tarix: 27-02-2018, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma