Xəbər lenti

 

2012-ci ildə “Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən killer Moskvada yaxalanıb.

 

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.

 

Killerin adı Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.

 

H. Talıbxanlı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mayın 31-də saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 2-06-2018, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma