Xəbər lenti

Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyinin  verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 662          Tarix: 18-06-2018, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma