Xəbər lenti

Bakı-Astara yolunda yük maşını mikroavtobusla toqquşub.

APA-nın məlumatına görə, hadisə Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Səid Məmmədovun idarə etdiyi “Shacman” markalı yük maşını Masallı rayon sakini İmran Dadaşovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb. Onun idarə etdiyi avtomobildə olan daha 3 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 698          Tarix: 22-06-2018, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma